Tale Bağırzadə və digərlərinin məhkəməsinin vaxtı açıqlanıb

İclas Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.
Bu barədə vəkil Elçin Sadıqov facebook profilindən bildirib. Apellyasiya şikayəti üzrə ilkin baxış iclası iyulun 7-nə təyin edilib. İclas Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.
Tale Bağırzadə və digərlərinin məhkəməsinin vaxtı açıqlanıb