ArxivXəbər lentiXəbərlər

Azərbaycanda Ələvi şer gecəsi

Əmirəl-Möminin Həzrət Əlinin (ə) yaralanmasının ildönümünün gəlib çatması ərəfəsində Bakı şəhərində Azərbaycan Respublikasının şairləri, Əhli-Beyt (ə) məddahları, mədəni və ədəbi ziyalıların iştirakı ilə Ələvi şer gecəsi keçirilib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, şer gecəsində şairlər Əhli-Beyt (ə) haqda öz şerlərini oxuyub, Xeybər fatehi Həzrət Əliyə (ə) öz sevgilərini bəyan ediblər.

Gənc şairlər də diqqəti cəlb edəcək iştirakı, ürəyəyatan dini şerlərini oxuyaraq ələvi mədəniyyətinə dərin bağlılıqlarını nümayiş etdiriblər.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə natiqlər Əmirəl-Mömininin fəzilətləri, həmçinin ələvi məktəbinin inkişaf etdirilməsində şairlərin rolu haqda çıxışlar ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button