ArxivXəbər lentiXəbərlər
Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 namizəd müraciət edib.
FaktXəbər-in Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahova istinadən bildirib.
Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:
“Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb”.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.