AktualAktualArxivXəbər lentiXəbərlər
Mövsüm Səmədov Qobustana qapalı həbsxanaya göndərilir

Nəlum olduğu kimi AİP lideri Mövsüm Səmədovun Qobustan həbsxanasına göndərilməsi ilə bağlı verdiyi şikayət təmin edilməyib
Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı təqdimatına əsaslanaraq məhbusun 2 il müddətinə qapalı həbsxana rejiminə (Qobustan həbsxanasına) keçirilməsi qərarı qüvvədə qalıb.
İslamazeri.az-ın “İslaminsesi”nə istinadən verdiyi xəbərə görə, AİP sədri barəsində noyabrın 24-də Bakı Apellyasiya Məhkəməsində qapalı rejimə köçürülməsi haqda qərar 29 noyabrda icra ediləcək. AİP liderinin bu qərardan Ali Məhkəyə şikayət ediləcəyini bildirib.