Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bu ölkədə sayca 5-ci Parlament seçkiləri noyabrın 1-də keçirildi. Seçkilərə 1247 nəfər namizədliyini irəli sürsə də sonradan 408 nəfəri namizədliyini geri götürmüş, 767 namizəd Milli Məclisin 125 yeri uğrunda rəqabət aparmışdır. Namizədlərin çoxu Azərbaycanın 22 siyasi partiyasından idi. Onlardan 15-i fərdi partiya, 7-si isə blok şəklində seçkilərə qatılmışdı.
Mərkəzi Seçki Komissiyasının (MSK) verdiyi məlumatda bildirilir ki, seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilat, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.Həmçinin, beynəlxalq müşahidəçilərin sırasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) da iştirak edib.
Azərbaycanın 9 milyon 611 min nəfər əhalisindən seçkilərdə 5 milyon 93 min nəfər ölkə vətəndaşı səsvermə hüququna malikdir.
Seçkilərdən qabaq bəzi partiyalar blok, bəzi partiyalar da fərdi şəkildə öz namizədlərini tanıtdılar. Dövlətin ən böyük müxalifət partiyası sayılan Musavat heç bir blokda üzv olmamışdı və müstəqil surətdə seçkilərə qatıldı. 2014-cü ildə Musavat partiyasına başqanlıq üstündə daxili çəkişmələr üzündən bu partiya zəifləsə də nəhayət Musavat öz namizədlərinin siyahısını tərtib edərək MSK-ya göndərdi. Namizədlər arasında partiyanın hazırkı sədri Arif Hacılı və sabiq sədri İsa Qənbərin də adları vardır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası da Musavat kimi partiyadaxili çəkişmələr, çoxlu sayda üzvünün sabiq müavin Razi Nurullaha qoşulması və AXCP-nin sabiq lideri Əli Kərimlinin çıxarılması üzündən zəiflədiyinə görə seçkilərə qatılmaqdan imtina etdi.
Azərbaycanın əsas partiyalarından olan Azərbaycan İslam Partiyası da hələ seçkilərdə iştirak etmədi.
Azərbaycan Demokrat Partiyası (ADP) da əvvəl deputat seçkilərinə qatılmaq niyyətində olsa da ATƏT və Avropa Parlamentinin Azərbaycana müşahidəçi göndərməyəcəyi sanksiyasının ardınca seçkiləri baykot etdi. KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, Azadlıq, AXP partiyaları 2015- ci il Milli Məclisə seçkilərlə bağlı müzakirələri yekunlaşdıraraq”Azadlıq – 2015″ seçki blokunun təsis edilməsi barədə sənəd imzaladılar.
Mərkəzi Seçki Komissiyası KXCP sədri və “Azadlıq – 2015” seçki blokunun üzvü Mirmahmud Mirəlioğlunun namizədliyini təsdiq etmədi. Seçkilərə bir neçə gün qalmış Musavatın başqanı Arif Hacılı seçki qanunvericiliyində demokratik islahatların aparılmadığı, seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olduğu, namizədlər arasında ayrıseçkiliyə yol verildiyi və MSK-nın hakim partiyanın namizədlərini dəstəklədiyini səbəb gətirərək seçkilərdən imtina etdi. O, digər siyasi partiyalardan da seçkilərə qatılmamalarını istədi.
Musavat Partiyası bəyanat verərək dövlətdən seçkiləri 4 ay təxirə salmasını istədi. Sonra isə partiya seçkilərdən imtina etməsini aşağıdakı səbəblərlə izah etdi:
– Siyasi məhbusların həbsdən azad edilmədiyi;
– Seçki qanunvericiliyində demokratik islahatların aparılmadığı;
– Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olduğu;
– Namizədlər arasında ayrıseçkiliyə yol verildiyi;
– Söz azadlığının olmaması;
– Müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığı;
Musavatın seçki proseslərinin qeyri-demokratik adlandırması və seçkiləri baykot etməsinə baxmayaraq MSK bu partiyanın namizədlərinin adlarını siyahıdan çıxarmadı.
1 noyabrda baş tutan seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Milli Məclisə seçkilərdə 125 yerin 71-ini Yeni Azərbaycan Partiyasından (YAP), 39 nəfər bitərəf namizədlər, qalan yerlər isə dövləti dəstəkləyən partiyaların namizədləri olub.Respublika üzrə 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.
ATƏT/DTİHB Azərbaycanda 1 noyabr seçkilərini müşahidə etməkdən imtina etdilər.
Ölkədə mövcud siyasi, ictimai və iqtisadi problemlər və bir neçə partiyanın seçkiləri baykot etməsinə baxmayaraqyenə də Yeni Azərbaycan Partiyası seçkilərdə qalib olacaqdı. Onun səbəblərindən biri xalqın hazırkı müxalifət partiyalarına inamsızlığıdır. Azərbaycan xalqı müstəqilliyin ilk illərində Qarabağ münaqişəsi və ölkənin idarə edilməsi barədə hazırkı müxalifət partiyaları barədə xoş xatirələri yoxdur. Digər bir səbəb isə İlham Əliyevin hökumət başına gəlməsindən sonra neftin birbaşa satışından irəli gələn iqtisadi inkişafını müşahidə edən xalq belə inanır ki, Azərbaycanın inkişafı üçün İlham Əliyev və Yeni Azərbaycan Partiyası ən yaxşı seçimdir.