Bir qrup xeyriyyəçi insanların dəstəyi ilə Bakıda uşaq evi ziyarət edilib – Video

İstədik, ya istəmədik, xoşumuza gəldi ya gəlmədi fərqi yoxdur. Demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Bütün ölkələrdə övladsız olan, həyatı boyunca övlad sevgisi ilə alışıb-yanan valideynlər də var. Bir tərəfdən də Allahın bu gözəl nemətinə xor baxıb, aparıb öz körpəsini uşaqlar evinə atan vicdansız ata-ana da var. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu o qədər də deyil. Təəssüf ki, bu gün də dərd mövcuddur. Günlərlə gözü qapıda qalan uşaqların tək ehtiyacı onlara öz valideynləri tərəfindən qayğının göstərilməsidir. Bəzən isə xəyal etdikləri arzunu valideynlər deyil, onlara yad olan insanlar verməyə çalışır. Səmimi münasibət, isti qayğını dünyanı dərindən dərk etməyən o məsumlara qəlbində mərhəmət hissi, Allah qorxusu və vicdanı təmiz olan insanlar qarşılıqsız bəsləyir. Buna əyani sübüt gedib uşaqlar evini bir dəfə ziyarət etməklə görmüş olarıq.
Ötən gün də əməkdaşımızın iştirakı ilə Bakının Buzovna kəndində yerləşən uşaqlar evini isə unutmayan bir qrup xeyirxah insan qucaq dolu hədiyyələrlə qapılarını açıb. Təşkilatçı Aylin İsmayılova bildirib ki, bir neçə xeyirxah insanın maddi mənəvi dəstəyi ilə bu cür aksiyalar həm uşaq həm də qocalar evində təşkil edilir. “Xüsusi qayğıya ehtiyacı olan insanların sevincini izləmək qədər ikinci xoşbəxtlik ola bilməz. Buna bir daha əmin olduq. İstərdik sizlər də həmin görüntülərlə tanış olasınız. Eyni zamanda kimsə əlindən gələni əsirgəməsin. Allah bu cür gözəl əməllər üçün insanları mütləq müjdələyəcək”.
Hədəf14.az Həmin görüntüləri sizə təqdim edir.