ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Türkiyə və Rusiya prezidentləri bu gün İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu gün Tehrana səfər edəcəklər. Mehr xəbər verir ki, bu gün Rusiya və İran prezidentləri Tehrana səfər edərək, Suriya münaqişəsi ilə bağlı Astana danışıqları çərçivəsində üçtərəfli görüş keçirəcəklər. Məlumata görə, prezidentlərin ikitərəfli görüşləri də keçiriləcək.
Ərdoğanın İrana iki günlük səfərində iki ölkənin Ali Əməkdaşlıq Şurasının altıncı toplantısı baş tutmalıdır. Məlumata görə, Vladimir Putin bu səfərdə İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə də görüşəcək.