FaktXəbər-in İRNA-ya istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözcüsü Mərziyə Əfxəm Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Azərbaycan kökumətini və xalqı təbrik edib. O, yeni parlamentin təşkili ilə Azərbaycanla İran arasındakı mövcud olan hərtərəfli münasibətlərin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.