ArxivXəbər lentiXəbərlər

Azərbaycanda avtomobil idxalı 7 dəfə azalıb

Azərbaycan Respublikasında ötən ilin analoji dövrü ilə müqayisədə ötən altı ayda avtomobil idxalı yeddi dəfə azalıb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin statistikasına əsasən, ötən 6 ay ərzində 2 min 233 avtomobil ölkəyə gətirilib. Bu rəqəm ötən ilin analoji dövründə 16 min 597 avtomobil olmuşdur.

Azərbaycan Respublikasında iqtisadçı ekspert Vüqar Bayramlı bu barədə deyib: Ölkəyə idxal olunan avtomobillərin azalması davam etməkdədir. Bu azalma daxili istehsala dəstək istiqamətində gömrük rüsumlarının artması ardınca baş verir.

Bayramlı əlavə edib: Banklar da avtomobilin alınmasına görə kreditin ödənməsi üçün ayrılan vəsaiti azaldıblar və vətəndaşlar xarici avtomobillərin baha olmasına görə, onları bankların köməyi olmadan ala bilmirlər.

Azərbaycanda bəzi məhsulların idxalı üçün gömrük rüsumlarının artırılması və lazımi gömrük məhdudiyyətlərinin tətbiq olunmasına ötən 7 ay ərzində daxili istehsala diqqət yetirmək istiqamətində başlanmışdır.

Avtomobil idxalının azalmasının kənarında bu ölkənin ehtiyaclarını nəzərə alaraq Azərbaycanda avtomobil istehsalına diqqət də rəsmilərin diqqət mərkəzində durmuşdur.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də bu barədə deyib: Azərbaycanda avtomobilqayırma zavodu 15 milyon dollar investisiya və İranın 25% iştirakı ilə fəaliyyətə başlayıb və ilk mərhələdə ildə bu zavodda 10 min avtomobil istehsal olunacaq.

Əldə olunan razılaşmaya əsasən, İranın iştirakı ilə Azərbaycanın avtomobilqayırma zavodu bir ildə istehsal fəaliyyətinə başlanacaq və istifadəyə veriləcək.

Hal-hazırda Azərbaycanda təxminən 1 milyon 100 min avtomobil, başqa sözlə hər 9 nəfərə bir avtomobil vardır. İnşa olunmaqda olan zavodun istifadəyə verilməsi ilə vətəndaşların ehtiyacının bir hissəsi bu ölkənin daxili istehsalı ilə təmin olunacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button