ArxivXəbər lentiXəbərlər

Azərbaycanda banka hücum edildi

Hadisə “Accessbank” QSC-nin “Beyləqan” filialında qeydə alınıb.

Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən “Accessbank” QSC-nin “Beyləqan” filialından “həyəcan” siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.

Bu zaman bankın “Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Rəhim Nəbiyev Beyləqan rayon polis şöbəsinin əməkdaşlarına təhvil verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button