Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı rejimin poçt xidməti hesab edilən “ArtsaxPost” qapalı səhmdar cəmiyyəti” üzərlərində Cəbrayıl bölgəsində, Araz çayı üzərindəki Xudafərin və Xocavənd rayonunun Domu kəndindəki digər qədim körpümüzün əksi olan markalar çap edib.
Bu haqda erməni saytlarına həmin qurumun icraçı direktoru sayılan Qarik Qriqoryan məlumat verib.