ArxivXəbər lentiXəbərlər
ATƏT nümayəndəsi hakimiyyəti jurnalistlərə qarşı saxta ittihamlara son qoymağa çağırdı

ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Harlem Dezir internet TV saytı Kanal13-ün baş redaktoru Əziz Orucovun məhkum edilməsindən dərin narahatlığını ifadə edib.
Qafqaz mədəniyyət mərkəzi – 15 dekabrda Bakı Ağır Cinayətlər Məhkəməsi Orucovu qeyri-qanuni sahibkarlıq və səlahiyyətlərdən sui-istifadə ittihamları ilə 6 il azadlıqdan məhrum edib.
“Mən rəsmiləri Əziz Orucova oxunan hökmü nəzərdən keçirməyə, onun azadlığına və təhlükəsizliyinə ziyanlı ölçülərə son qoymağa çağırıram,” Dezir bildirib. “Ümid edirəm ki, appelyasiya prosesində bu qərar ləğv olunacaq.”
Azərbaycan hökumətinə 30 noyabrda ünvanladığı məktubda ATƏT yetkilisi ittihamçıların Orucovun təqsirli olduğuna dair heç bir dəlil təqdim etmədiklərini və jurnalistin Kanal13-dəki fəaliyyətinə görə təqiblərə məruz qaldığını qeyd edib.