ArxivXəbər lentiXəbərlər

Azərbaycan banklarının xarici borcları: 900 mln. dollar

Ötən il ərzində Azərbaycanın kommersiya banklarının xarici borcu 71,8 faiz azalaraq, 900 mln. dollar təşkil edib. FaktXəbər bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd olunur.
Sənəddə həmçinin deyilir ki, Azərbaycan dövlətinin borc öhdəliklərinin strukturunda bankların xarici borcu 6,5 faiz xüsusi çəkiyə malikdir.
Bununla yanaşı, ölkə banklarında xarici valyutada əmanətlərin azalması da qeydə alınıb. Belə ki, ötən il xarici əmanətlərin payı 80 faizdən 68 faizə düşüb.
“De-dollarlaşma bankların kredit portfeli üzrə də qeydə alınıb. 2016-cı ildə xarici valyutada verilmiş kreditlər cəmi kreditlərin 48 faizini təşkil etdiyi halda, ötən il ərzində həmin göstərici 41 faizə enib”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button