ArxivSosialXəbər lentiXəbərlər
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib

“Gəncədəki xəstəxanamızda 1962-ci təvəllüdlü cərrah həmkarımız vəfat edib”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı nəzərə çatdırıb ki, vəfat edən cərrahın yanaşı gedən xəstəlikləri olub: “O, 30 apreldə Neftçilər Xəstəxanasına daxil olub, həyatını xilas etmək mümkün olmayıb”.