ArxivNardaranXəbər lentiXəbərlər
“Nardaran işi 3” : Zülfüqar Mikayılovun apellyasiya şikayətinə baxılacaq

Martın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli qərarından verilən şikayət üzrə məhkəmə iclası keçirilib.
qafqaz.ir ralurs.tv-a istinad xebere gore.Məhkəmədə müdafiə vəkillərindən vəkil Şəhla Hümbətova hüquqlarını müdafiə etdiyi Zülfüqar Mikayılovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixdə çıxardığı hökmə 22 dekabrda dəyişiklik edilərək, onun cəzasını çəkmə rejiminin ağırlaşdırıldığını və həmin qərardan apellyasiya şikayəti verdiyini xatırladıb. Vəkil bildirib ki, şikayət bu işə əlavə olunmayıb və hələ də baxılmayıb. Məhkəmə belə qərara gəldi ki, həmin apellyasiya şikayəti artıq gəlib və o apellyasiya şikayətinə həm mahiyyəti üzrə işlə bağlı təqsirləndirilən şəxslərdən 12-nin də barəsində verilən apellyasiya şikayətinə bir yerdə baxılacaq. Daha sonra bir çox təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, işin məhkəmə istintaqının baxışının qismən təzələnməsi ilə bağlı olan vəsatətlər müzakirə olunub və təmin olunmaması barədə qərar verilib. Hakim S. Mirzəyev növbəti prosesin 12 mart saat 16:00-da davam edəcəyini elan edib.