ArxivXəbər lentiXəbərlər
Rusiya FTX-sı İŞİD üçün pul yığanları belə yaxaladı – VİDEO

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Suriyadakı terror təşkilatlarının maliyyələşdirilməsində şübhəli bilinən yeddi nəfəri saxlayıb. FaktXəbər “RT”yə istinadən bildirir ki, saxlanılan şəxslər məscid tikmək və digər xeyriyyəçilik aksiyaları adı ilə pul yığsalar da, sonda həmin məbləği İŞİD və “Heyət Təhrur əl-Şam” terror qruplaşmalarına göndəriblər.
Yığılan maliyyənin 38 milyon rubl (972 min AZN) olduğu bildirilir.