ArxivXəbər lentiXəbərlər
Rusiyada İnterpol xətti ilə axtarılan azərbaycanlı saxlanıldı

Rusiyanın Kurqan bölgəsində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 49 yaşlı azərbaycanlı silah və ya silah kimi istifadə etdiyi predmetlə xuliqanlıqda ittiham olunur.
Hadisə zamanı taksi sürücüsü kimi o, sərnişinə bədən xəsarəti yetirib və cinayət işindən qaçmaq üçün Kurqan vilayətinin ərazisində gizlənib.
Saxlanılan şəxs müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.