Azərbaycan Respublikası mediaları Sumqayıt şəhəri əhalisinin etiraz aksiyalarının davam etdiyini bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının Modern.az saytına istinadla verdiyi məlumata görə, bu gün Sumqayıt şəhərində yüzlərlə nəfər məhsulların qiymətlərinin bahalaşması və işsizliyin yuxarı olmasına etiraz olaraq aksiya keçirib və rəsmi Bakının siyasətlərinə etiraz edib.
Bu məluamta görə, etirazçıların əksəriyyəti iş adamları olublar ki, Karvan ticarət mərkəzinin qarşısında ərzaq maddələrinin bahalaşması və inflyasiyanın artmasına etiraz olaraq toplaşıb və iqtisadi şəraitin yaxşılaşmasını istəyiblər.
Azərbaycan Respublikası polisinin rezin güllələr və su şırnağından istifadə edərək aksiyanı yatırmaq üzrə səyi bir nəticə verməyib.
Məlumatlara görə, polisin etirazçılara hücumunda onlarla nəfər həbs olunub.
Azərbaycan Respublikasında manatın devalvasiyası və vətəndaşların ehtiyac duyduğu vasitələrin qiymətinin bahalaşması ardınca, 12 və 13 yanvarda bu ölkənin bəzi bölgələrində, o cümlədən Siyəzən, Ağsu, Füzuli və Lənkəran rayonlarında etiraz xarakterli aksiyalar keçirilib.