ArxivXəbər lentiXəbərlər
Moskvada Xəzərin hüquqi statusu müzakirə ediləcək

Sabah, dekabrın 4-də, Rusiya Federasiyasının paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci iclası keçiriləcək.
İclasda Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək.
Nazirlər, həmçinin gəmiçilik, qanunsuz balıq ovunun qarşısının alınması, dənizdə təhlükəsizliyin təmin edilməsi məsələlərinə də toxunacaqlar.