ArxivXəbər lentiXəbərlər

Azərbaycanda gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək

Brayl əlifbası ilə.

Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi brayl əlifbası ilə nəşr olunacaq.

Oxu.Az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 16-da Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edib.

Görüşdə ölkəmizdə Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.

Görüşün sonunda M.Qurbanlı S.Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button