ArxivFilmmədəniyyatXəbər lentiXəbərlər
Ana uşağını klinikanın ayaqyolunda ataraq qaçıb – VİDEO

Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhər sakini içərisində uşaq olan idman çantasını perinatal mərkəzin tualetində qoyaraq qaçıb.
Yerli “Qorod” portalının məlumatına görə, bununla bağlı videogörüntülər yayımlanıb. Videoda orta yaşlı qadının kiçik bir uşağın əlindən tutaraq digər əlində çanta ilə tibb müəssisəsinə necə girdiyi görübür. Klinikadan çıxanda isə onun əlində çanta olmayıb.
Mərkəzin işçiləri ayaqyolunda atılmış çantanı tapıblar. Onun içərisinə baxış keçirən zaman üç kiloqram ağırlığında yeni doğulmuş sağlam qız uşağı olub. Körpə uşaq xəstəxanasına göndərilib.
Müstəntiqlər rus qadının kimliyini müəyyənləşdiriblər və artıq onun axtarışına başlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 125-ci maddəsi (“Təhlükədə qoymaq”) ilə cinayət işi açılıb.