ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

ŞOK: Dövlət Baxçalının Şuşada məktəbi olmayacaq

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Şuşada məktəb tikdirməkdən vaz keçib.

 Dövlət Baxçalının Şuşadakı məktəblə bağlı açıqlaması hər kəsdə təəccüb yaradıb.

Özünün tvitter hesabında məlumat yayan MHP lideri bildirib ki, Azərbaycan dövləti MHP-nin məktəb layihəsini qəbul etməyib, yeni layihə hazırlayıb. Buna görə də MHP “okul layihəsindən vaz keçir”.

Bu açıqlama Azərbaycan Respublikasında birmənalı qarşılanmayıb. Jurnalist Zümrüd Yağmur sosial şəbəkədəki açıqlamasında Azərbaycanın Şuşada və Qarabağda məktəb tikmək üçün kimsəyə ehtiyacı olmadığını bildirib.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə Facebook üzərindən verdiyi açıqlamada qeyd edib ki, Baxçalının məktəb məsələsindəki anlaşılmazlığa anında aydınlıq gətirib həll etməsi təqdirəlayiqdir.

Lakin politoloq Şahin Cəfərli məsələyə tam fərqli prizmadan yanaşıb. O, öz facebook səhifəsində yazıb ki, Baxçalı məsələni ictimailəşdirməyə də bilərdi. Bunu etməsi, MHP başqanının Azərbaycan hökumətinin davranışından narazı qalması ilə əlaqədardır.

Politoloq sonra yazır: Türkiyə hökuməti MHP-nin layihəsinə dəstək verirdi, ya yox? Bu barədə hər hansı məlumat yoxdur. Başqa bir maraqlı fakt ondan ibarətdir ki, aprelin 17-dən Azərbaycandan Türkiyəyə ikitərəfli müqavilə çərçivəsində təbii qazın nəqli dayanıb. Halbuki müqavilənin müddəti gələn il bitir.

Yekun olaraq belə bir fikir də səslənir ki, rəsmi Bakı Rusiyanın mümkün reaksiyasından ehtiyatlanaraq Dövlət Baxçalının məktəb təklifinə “yox” deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button