Azərbaycanda kreditlərin sığortasına maraq artıb.
FaktXeber Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 89,4 min manat olub. Bu, yanvar-oktyabr aylarındakı göstəricidən 41 900 manat və ya 88,2% çoxdur.
Bir il əvvəl ilə müqayisə etsək, ölkədə kreditlərin sığortası üzrə daxilolmalar 4,5 dəfə artıb.
Bu ilin dekabrın 1-nə olan məlumata əsasən, kreditlərin sığortası üzrə ödəniş edilməyib. Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında da kreditlərin sığortası üzrə ödənişlər olmayıb.