ArxivXəbər lentiXəbərlər

ABŞ dövlət katibinin müavini Qarabağ münaqişəsinin həlli vacibliyini vurğulayıb

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini cari ilin aprelində Qarabağ məntəqəsində Azərbaycan Respublikası və Ermənistan hərbçiləri arasındakı döyüşlərin artmasını bu məntəqənin kövrək vəziyyətinin nişanəsi adlandırıb.

Trend xəbər agentliyinin məlumatına görə, Bricet Brink(Bridget Brink) dünən Ermənistanda İrəvan və Bakı rəsmiləri arasında Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrin davam etdirilməsi vacibliyini vurğulayıb.

Bricet Brink əlavə edib: Qarabağda mövcud olan kövrək vəziyyət Azərbaycan Respublikası və Ermənistan arasında geniş savaşın baş verməsi ilə nəticələnə bilər.

Bu məlumata görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bricet Brink öz səfərinin davamında Azərbaycan Respublikasına da səfər edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button