ArxivXəbər lentiXəbərlər

Azərbaycanda Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayıb

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planı təsdiqlənib.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov xatırladıb ki, prezident İlham Əliyevin 28 avqust tarixli sərəncamına əsasən, Milli Məclisə seçkilər bu il noyabrın 1-də keçiriləcək.

Təqvim Planına əsasən, namizədlərin irəli sürülmələri prosesi başlanıb. Namizədlərin qeydə alınmaları üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button