ArxivIslamXəbər lentiXəbərlər
Azərbaycanda nikahdan kənar doğulan uşaqların sayı azalıb

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalıb.
Statistik göstəricilərə görə, Azərbaycanda 2015-ci ildə 24 038 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub. Bu rəqəm son 6 ildə ən aşağı göstəricidir. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı 2010-cu ildə 25 385, 2011-ci ildə 30 983, 2012-ci ildə 27 031, 2013-cü ildə 25 069, 2014-cü ildə 25 486 olub.
Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən uşaqların doğulması daha çox kəndlərdə baş verir.