ArxivXəbər lentiXəbərlər

Ölkəni cəhənnəmə çevirməyin xronologiyası

hazırda elə bir hala gəlib ki, artıq orada insanların təhlükəsizliyindən danışmaq mümkün deyil.Yaxın Şərqin qarışıq ölkələrindən birinə çevrilmək üzrə olan Türkiyə bu hala necə düşdü? Onu araşdırmaq üçün son 13 ilə baxmaq kifayətdir.

 İslaminSesi Rasthaber.com-a istinadən bu xronologiyanı sizə təqdim edir. Xarici siyasətə hər an Neoosmanlı  xəyalı ilə girişmənin hesabı indi çox ağır ödənilir. Dost və düşmən anlayışının R.Ərdoğanın əhval-ruhiyyəsinə görə necə dəyişməsini bu xronologiyada izləyə bilərik.

 R. Ərdoğan hakimiyyətinin ilk ili. ABŞ İraqa daxil olacaq və Türkiyə də qeydi-şərtsiz onun yanındadır.

2003-cü ilin martı. R. Ərdoğan Wall Street jurnalına yazdığı məqalədə “Qəhrəman uşaqlarınızın ana vətənə ən az itki ilə dönməsinə ümid və dua edirəm”- qeyd edib.

24 avqust 2010-cu il. Rizə. R.Ərdoğan söylədiyi nitqdə ABŞ-a səsləndi: “Minlərlə kilometr uzaqdan gəlib Yaxın Şərqin coğrafiyasına müdaxilə edirlər. Bu coğrafiyada xətkeşlə sərhəd çəkərək qan və neft içirlər”

“Qardaşım Əsəd. Suriya ikinci evimiz.”

Tayyib Ərdoğan  “Qardaşım” dediyi Suriya prezidenti  Bəşər Əsədlə indi qanlı bıçaqdı. Dəfələrlə bir yerdə görüşüb səmimi oldular. Ölkə tarixində ilk dəfə olaraq ortaq nazirlər bir yerdə toplaşdılar. Əminə Ərdoğan təkbaşına  ilk rəsmi səfərini Suriyadan başladı. Suriya haqqında: ” Suriya bizim Yaxın Şərqə açılan qapımız və ikinci evimizdir. Türkiyə də Suriyanın Avropaya açılan qapısı və ikinci evidir” cümlələrini quran Ərdoğan indi bunun tam əksini edir.

Qatillə foto çəkdirmək…Ərdoğanın 11 Oktyabr 2011-ci ildə yenə Rizədə etdiyi çıxışdan: “ Sizə sual verirəm: İŞİD bəlasını Yaxin Şərqə calayan kimdir? Bəşər Əsəd…Onlara yer açan kimdir? Bəşər Əsəd…İŞİD-ə dəstək verən, onları silahla təmin edən kimdir? Bəşər Əsəd.. Getdilər bu əli qanlı zalımla şəkil çəkdirdilər. 250 min insanı qətlə yetirən bu bu zalımla şəkil çəkdirənləri çox yaxşı tanıyırıq.

“PKK ilə bir araya gəldiyimizi düşünənlər şərəfsizdir”

R. Ərdoğanın get-gəl yaşadığı mövzulardan biri də PKK mövzusudur. 21 Avqust 2010-cu ildəki nitqindən: “Bizim dörd dəfə  bunlarla (terror təşkilatı il) bir yerdə oturmaq şərəfsizliyini söyləyənlər, bu alçaq iftiranı atanlar hər yerdə bunun hesabını verəcəklər”

26 Sentiyabr 2011 Kanal 7 –də yayımlanan bir proqramda istirak edən R. Ərdoğan bu sözləri söylədi: “Biz heç kimin atmadığı addımları atdıq. İstər İmralı olsun istər Oslo olsun… Biz bunların hamısını etdik.”

2012-ci ilin Aprel ayı Çinə səfəri zamanı: R. Ərdoğan “MKİ nümayəndəmizi İmralıya göndərən mənəm, Oslaya da göndərən mənəm. O mənim sirr küpümdür”.

“İsrail qatildir”

Ərdoğan 24 Noyabr  2016-cı ildə Livanda İsrailə səsləndi: “Biz lazım gələndə qatilə qatil deyə bilirik. Qatildən  Allahın izni ilə hesab çəkəcəyik. Bundan heç kimin şübhəsi olmasın”

“İsrailə möhtacıq”

2 yanvar 2016- cı il Ərəbistan səfəri:

“Bizim də İsrailə ehtiyacımızın olduğunu qəbul etməyimiz lazımdır. Bu bölgənin reallığıdır. Qarşılıqlı səmimiyyət daxilində bu addımları atsaq normallaşma bərabər gedər”

“Bu həsrət bitsin”

R. Ərdoğan 11 il ölkəni birlikdə idarə etdiyi Gülən camaatı ilə düşmən oldu. 15 İyul 2012-ci il “Beynəlxalq Türkcə Danışmaq” olimpiyadalarının bağlanış mərasimində O, Gülənə səslənərək : “Gəl bu vətənə bu həsrət bitsin” dedi.

Gülən camaatı ilə iplər qopub, düşmənçiliyə keçən kimi R. Ərdoğanın müraciət forması da dəyişdi.

21 Dekabr 2013 –cü il. Orduda etdiyi çıxışdan: “ Dövlətlə paralel quruluş olmaz. Sizin mağaranıza girəcəyik. Sizi didik-didik edəcəyik.”

17 dekabr 2014-cü il. “Sənə gəlmə deyən yoxdur ki.. Gəl onların içinə. Ustad görkəminə bürünmüş klounlara ölkəni təslim etməyəcəyik”

“Bizi Şanxay beşliyinə qəbul edin”

R. Ərdoğan Avropa birliyi məsələsində bir addım irəli, iki addım geri strategiyası ilə bir ara Şanxay ideyasının dalınca düşdü. Bu xarici siyasətdə Türkiyəin tuduğu yola  tamamilə zidd idi.

2012 iyul ayında Kanal24 –də danışan R.Ərdoğan Rusiyaya müraciət edərək: “Bizə AB-də nə işin var deyə sataşmaqdansa,  bizi də Şanxay beşliyinə qəbul et,  getsin də”-dedi.

26 yanvar 2013-cü il. “AB bizi unutmaq istəyir, amma unuda bilmir. Ya bizi qəbul edin, ya da buraxın işimizə baxaq. Keçən dəfə də Putinə də  müraciət etdim ki, bizi Şanxay beşliyinə qəbul edin. Biz AB-ə “Alllaha əmanət olun” deyib sizin yanınıza gələk.”

8 Oktyabr 2014-cü il TBMM-nın açılışındakı nitqi: “Avrupa birliyinə üzvlük strateji hədəfimizdir və bu yolda bütün qüvvəmizlə çalışacayıq”

Putinə xüsusi hesabat

Tayyib Ərdoğan ABŞ və AB-dən üz görməyincə Rusiya lideri Putinə yaxınlaşmağa cəhd etdi.

2014-cü il Dekabr. Akkuyu Atom Stansiyasının açılış raportu məhz Putinin gələcəyi gün təsdiqləndi.

2015-ci il İyul ayı. Bakı səfərində Putin bir saat R. Ərdoğanı gözlətdi. Buna Ərdoğan qətiyyən etiraz etmədi.

Putin Türkiyəyə gəldi, Ərdoğan Rusiyaya getdi. Hətta bir yerdə Moskvada məscid də açdılar.

“Obamanın səsi üçün darıxmışam”

Amerika ilə münasibətlər gah gərginləşdi, gah da o qədər yumuşaldı ki, R.Ərdoğan “ Səsi üçün darıxmışam” cümləsini qurdu.

27 mart 2013- cü il. AKP grup iclasında: ” İsraildən ayrılarkən Obama Netanyahu ilə birlikdə mənə zəng vurdular. Əvvəl Netanyahunun səsini eşitsəm də, Obama üçün darıxmışam verin onunla danışım dedim”

“Eyyy Amerika”

Bu xitab G-20 zirvəsində heç yanından ayrılmadığı Obama ilə kameralara düşdükdən sonra gəldi.

17 fevral 2016-ci il “PYD terror təşkilatı deyil” deyən Amerikaya səslənərək “ Ey Amerika bəs biz koalisiya qüvvəsi idik?!”-dedi.

“İran bizim ikinci evimizdir”

İrana tətbiq olunan embarqo oradan gətirilən qızılların leqallaşdırılması ilə oldu. Bu məsələ Rza Zərrab məsələsi ilə üzə çıxdı.

29 yanvar 2014-cü il. İran səfərində Əsədə qurduğu cümləni orada da qurdu.”Özümü ikinci evimdə hiss edirəm”

“İran hesab verəcək”

Bu məsələdə öz tərəfini Ərəbstanla sərgilədi. 6 yanvar 2016-cı il İranı məzhəbçilikdə günahlandırdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button