İslaminSesi bildirir ki, Səudiyyədə türk seriallarının qadağan olunmasından sonra Misirdəki Əl-Əzhər universitetindən açıqlama gəlib. İsgəndəriyyə kitab yarmarkasında “İslam mədəniyyətinin yayılmasında Əl-Əzhər universitetinin rolu” seminarında çıxış edən universitetin rektor yardımçısı Yusif Amer ərəb milli kimliyinin qorunmasının vacibliyini vurğulayıb. “Türk və hind serialları Misirin təhlükəsizliyini təhdid edir. Bu serialların kütləyə real bir təhdid olduğunu düşünürəm”.
Qeyd edək ki, səudların peykdən yayım edən televiziya kanalı MBC 10 ildən uzun müddətliyinə dəstək verdiyi terk seriallarının yayımını qəfil dayandırıb. Yaxın Şərqdə ən böyük özəl telekanallardan biri olan MBC gələn reaksiyalara belə bir açıqlama verib: “Türk və Ərəb ölkələri arasındakı siyasi gərilməyə görə bu əmri yuxarıdan almışıq”.