Azərbaycanda şiə dindarların biznesi əlindən alınır

Azərbaycanda 4 ay ərzində davam edən «dindar ovu» bölgələrdə daha amansızlıqla həyata keçirilir.
Qafqaz Həqiqətləri xəbər verir ki, Şəmkir, Yevlax, Masallı, Lənkəran, Cəlilabad və Gəncə bölgələri daha çox təzyiqlə üzləşib.
Rayonlarda, kəndlərdə biznesi, obyekti olan şiələri «vətənə xəyanət», «narkobaron» ittihamı ilə şərləyəcəkləri ilə təhdid edərək bütün qazancını, bəzən obyektini əlindən alırlar. Razılaşmayanları isə şərləyib həbs edirlər.
Şəmkirdə Hacı Nizami kimi tanınan Nizami Əhmədov yanacaqdoldurma məntəqəsi işlədirdi. Onu narkotik ittihamı ilə şərləyib həbs ediblər.
Xocahəsəndə “Məst” restoranının sahibi də eyni problemlə üzləşib.
Qeyd edək ki, Şəmkirdə yanvar ayından başlayaraq dindarların oğurlanması davam edir. Aprelin 10-da Şəmkirdə daha bir neçə dindar oğurlanıb.