
“Mənə bu saxta ittihamları vuranların aqibətini öz gözümlə görməsəm, bu saqqalı, bu əmmaməni saxlamaram.”
Masallıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
qafqaz.ir-ın Xeber44.com internet qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə Masallı rayonu Talışxanov küçəsində baş verib. Belə ki, ötən gecə saat 22:00 radələrində həmin ərazidə yolu keçən Öncəqala kənd sakini Əlihüseyn Kərimov naməlum avtomobil tərəfindən vurulub. Sürücü ona yardım etmək əvəzinə hadisə yerindən qaçıb. Yaralı yoldan keçən maşınlar tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Piyadanı vuraraq öldürən sürücü polis tərəfindən axtarılır.
Qeyd edək ki, ölən piyada Əlihüseyn Kərimov Masallı polisinin 2011-ci illərdə şərlədiyi ruhani Seyid Fəramiz Abbasovun üzünə duran yalançı şahidlərdən biridir. Bundan öncə isə Seyid Fəramizin üzünə duran şahidlərdən biri dəli olmuşdu. Keçmiş məktəb direktoru küçələrə düşüb “mənim möhürümü verin” deyə qapı qapı gəzir. Onların şahidlik etdiyi cinayət işi əsasinda ruhaniyə 11 il iş kəsilib.
Maraqlıdır, Seyid Fəramiz Abbasovun məhkəməsində etdiyi son çıxış zamanı demişdi: “Mənə bu saxta ittihamları vuranların aqibətini öz gözümlə görməsəm, bu saqqalı, bu əmmaməni saxlamaram.”