ArxivXəbər lentiXəbərlər

Azərbaycanda son 12 saatda 4 intihar!

Son günlər Azərbaycanda intihar hadisələrinin sayında yenidən artım qeydə alınıb.

FaktXəbər-in məlumatına görə, bu say son 12 saatda dəhşətli dərəcədə çox olub. İntihar hadisələri ilə bağlı məlumatları təqdim edirik:

Saatlı rayon Polis Şöbəsindən verilən məlumatına görə, gecə saatlarında rayonunun Qıraqlı kənd sakini, 1991-ci il təvəllüdlü Həşimov Mirvasif Mirfayil oğlu özünü asaraq öldürüb.

İsmayıllı rayonu, İvanovka kənd sakini, 1983-cü il təvəllüdlü Turişşev Valeri Vitalyeviç özünü yaşadığı evin həyətindəki avtomobil qarajından kəndirlə asaraq intihar edib. Bir uşaq atası olan Valeri Turişevin yaxınları onun özünə qəsd etməsinin həyat yoldaşının bir neçə gün əvvəl evdən qaçması ilə bağlı olduğunu bildiriblər. Məlumata görə, evdən qaçan qadın sonradan atası evinə gəlib və həyat yoldaşının yanına qayıtmayıb. Valeri Turişşev bundan təsirlənərək, özünə qapanıb və intihar edib.

Sabirabad rayonu, Yenikənd sakini, 1990-cı il təvəllüdlü Cabbarov Cabbar Əbil oğlu özünü asıb. Onun meyiti tam tikilməmiş evin damında, asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib.

İsmayıllı rayonu, Hacıhətəmli kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Fizuli Mərcəfər avqustun 20-də evdən çıxaraq geri qayıtmayıb. O, itkin düşmüş şəxs kimi Rayon Polis Şöbəsində qeydiyyata alınıb və axtarışına başlanılıb. Daha sonra Fizuli Rüstəmovun meyiti qonşu kəndin ərazisindəki Aşıqbayramlı gölündən tapılaraq, ailəsinə təhvil verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button