Azərbaycanda sünnilərlə şiələr bir məsciddə namaz qıla bilir, ancaq…

şiələrin əksəriyyət təşkil etdiyi Azərbaycanda hər iki təriqətin mənsublarının bir yerdə namaz qıla bildiyi məscidlər var.
“Azərbaycanda sünnilərlə şiələr bir məsciddə namaz qıla bilir, ancaq…” Lakin XX əsrin əvvəllərində Səudiyyə kral ailəsi şiə vəzifəli şəxslərinə qarşı diskriminasiyaya başladı və onların müqəddəs yerlərinin əksəriyyətini məhv etdi. Orada vəhhabilik kimi tanınan sünni fundamentalizminin yüksəlməsi ilə şiəliyə qarşı sərt qadağalar tətbiq edildi, onların liderləri həbsxanalara salındı. Bir çox Səudiyyə din xadimləri şiəliyi “xristianlıqdan və iudaizmdən daha betər” hesab edir və “kafirlik” sayır.
“əl-Qaidə” fanatikləri də vəhhabi ideologiyası əsasında yetişiblər. Onların bir çoxu şiələri öldürməyin vacibliyinə inanır. Uzun illər ərzində bu qarşıdurmadan kənar qüvvələr istifadə ediblər. 1920-ci illərdə İraqdakı ingilis müstəmləkəçiləri sünni zabitlərinin elitasından şiə üsyanlarını yatırmaq üçün istifadə etdilər və bununla da Səddamın sünni azlığının hökmranlığı üçün yol açdılar. Bu siyasətin nəticəsi o oldu ki, təkcə ötən il Bağdadda 6 mindən çox sünni və şiə öldürülüb. Hazırda bu amansız təriqət müharibəsi Suriyada davam edir.
Son dövrlərdə sünnilərlə şiələr arasında gərginliyin artmasına təkan verən iki hadisə baş verib. Bunlardan biri İranda 1979-cu il İslam inqilabı oldu, qərbmeylli şah devrildi və başda ayətullah Xomeyni olmaqla şiə teokratiyası hakimiyyəti ələ aldı. Xomeyni İranda sünnilərlə şiələr arasında yaxşı münasibətlərin olması üçün əlindən gələni etdi. Lakin dünyəvi və dini liderlər arasındakı ziddiyyətlər hələ də qalır. Və Xomeyni lap əvvəldən Səudiyyə Ərəbistanının sünni aristokratiyasını “Amerikanın nökərləri” və “korrupsiyalaşmış diktatorlar” adlandırırdı.
Bu gün İranda xristian kilsəsinə icazə var, ancaq Tehranın milyonlarla sünni sakinlərinin ayrıca məscidi yoxdur. Orada yüksək hakimiyyət eşelonunda sünnilərə yer verilmir. Sünni biznesmenləri idxal-ixrac lisenziyası almaqda çətinlik çəkirlər. Adi sünnilərin böyük əksəriyyəti işsizdir.
Səudiyyə Ərəbistanında isə vəziyyət əksinədir, orada şiələr diskriminasiyaya məruz qalır.
Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin dini xarakter daşımadığını göstərmək üçün vaxtaşırı cəhdlər edilir. 2007-ci ildə kral Abdulla İran prezidenti Mahmud Əhmədinejadı isti qarşıladı və iki dini nəhənglər arasında münasibətlərin yaxşılaşdığını göstərmək istədi. Kral sünnilərlə şiələr arasında düşmənçilik yaratmaq istəyənləri də pislədi. Lakin bunun real siyasətə təsiri olmadı. Hər bir neft nəhəngi digərini onun maraqlarına böyük əngəl kimi görür.
Corc Buş və Toni Bleyerin 2003-cü ildə İraqa başlatdıqları müdaxilə sünnilərlə şiələrin arasında qarşıdurmanı dərinləşdirən ikinci hadisə oldu. Səddam Hüseynin sünni elitası devrildi, şiə əksəriyyətin hakimiyyəti isə dövlət terrorunun çiçəklənməsinə səbəb oldu. Hansı ki, 80-ci illərdə ABŞ Səddamı İrana qarşı müharibəyə başlamağa qızışdırmışdı. Bu müharibədə yarım milyondan çox əsgər öldü.
Lakin 11 sentyabr hücumlarından sonra ABŞ-ın Səddamla bağlı mövqeyi dəyişdi. Amerikalılar onu devirdi və İraqa demokratiya gətirdi. Seçkilər nəticəsində şiə liderlər hakimiyyətə gəldilər və sünni azlığını sıxışdırmağa başladılar. Sünnilər isə buna hər il minlərlə adamın ölümünə səbəb olan terrorla cavab verir. İndi isə bu düşmənçilik Suriyanı bürüyüb.
2011-ci ildə “ərəb baharı” Suriyaya çatanda etirazlar Əsəd hakimiyyətinin yol verdiyi korrupsiyaya, klançılığa, insan haqlarının pozulmasına qarşı başlamışdı. Lakin rejimə qarşı silahlı üsyanın xarakteri iki il ərzində dəyişdi. Qərb dövlətlərinin dəstək verdiyi siyasi müxaliflərin silahlı qrupları islamçı radikallar qarşısında mövqelərini itirməyə başladı.
“İraq və Şam İslam Dövləti” adlı qruplamanın tərkibində dünyanın hər yerindən gələn radikallar döyüşür. Lakin onlar Səudiyyə Ərəbistanından maliyyələşir.
Bu yaxınlarda isə Livandan “Hizbullah” yaraqlıları Əsəd rejiminin tərəfində döyüşmək üçün Suriyaya göndərilib. Nəticəsi tammiqyaslı vətəndaş müharibəsidir.
Bütün bunlar o deməkdir ki, sünnilər və şiələr bütün Yaxın Şərq boyu münaqişəyə cəlb olunublar. Tərəflərdən hər biri öz fəaliyyətini gücləndirir, digəri bunu özünə təhdid kimi görür. Sünni-şiə qarşıdurması isə son nəticədə bütün dünyada gərginliyin artmasına səbəb olur./politika.az/