ArxivXəbər lentiXəbərlər

AR hərbi heyəti Tehrandakı Cəməran ürək xəstəxanasında olub

Azərbaycan Respublikasından gəlmiş hərbi heyət Tehrandakı Cəməran ürək xəstəxanasında və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in yatırıldığı məkanda olub.

Qafqaz  mədəniyyət mərkəzi –Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səhiyyə İdarəsinin baş müdiri general-mayor Natiq Əliyev İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının səhiyyə və müalicə məsələləri üzrə müavini general Əhməd Abdullahi ilə görüşdə Sepah baş komandanının səhiyyə və müalicə məsələləri üzrə müavininin səmimi qarşılamasından razılıq və Azərbaycan Respublikası prezidentinin salamını təqdim edərək, bir çox ortaqlıqlara görə, iki ölkə əlaqələri və anlaşmalarının genişlənəcəyinə ümidvar olduğunu bildirib.

General-mayor Natiq Əliyev əlavə edib: İran hərbi səhiyyə, müalicə və döyüş qabiliyyətlərində təqdirəlayiq irəliləyişlərə malik olubdur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının səhiyyə və müalicə məsələləri üzrə müavini general Əhməd Abdullahi də deyib: İran və Azərbaycan Respublikasının ortaqlıqlarına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu ikitərəfli hərbi əməkdaşlıqların genişlənməsini alqışlayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button