30 mart – 20 cəmadiül-axır – İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası xanımlar xanımı Həzrət Fatimeyi Zəhranın (s.ə) təvəllüdü günüdür. Bu münasibətlə ölkənin müxtəlif rayon, şəhər və qəsəbələrində bu gün bayram şənlikləri təşkil olunub.
Maide.az xəbər verir ki, əsasən Xanımların iştirak etdiyi mərasimdə Qurani-Kərimin tilavətindən sonra Hz. Zəhranın (s.ə) həyatından, fəzilət və məqamından söhbətlər edilib.
Belə bayram şənliyindən biri də Bakıda İran İslam Respublikasının Mədəniyyət Mərkəzində Əhli-Beyt (ə) sevənlər, şairlər və məddahlarının iştirakı ilə təşkil olunub.