Azərbaycanda yeni həbslərə başlanıb

Azərbaycan Respublikasının şimal bölgəsində bir sıra həbslərin başlandığı bildirilir.
Yayılan məlumata görə, Bu gün Qubada Rustov kənd sakini, 25 yaşlı Vəfadar Məmmədov saxlanılıb.
O, ötən gün həbs olunmuş Vəfanur Məmmədovun qardaşıdır.
Bu barədə Turan-a saxlanılan şəxslərin qohumu, yerli hüquq müdafiəçisi Avtandil Məmmədov məlumat verib.
Onun sözlərinə görə,Vəfadarı Quba məhkəməsinin binasının qarşısında MTN əməkdaşları saxlayıblar. O, atasının məhkəmə prosesində iştirak etmək üçün ora gedib.
Ötən gün həbs olunan Vəfanura gəlincə, o, Bakıya aparılıb və MTN-də saxlanılır.
Qeyd etmək lazımdir ki, keçən iki il ərzində Azərbaycan Respublikasının bir neçə rayonu o cümlədən Quba və İsmayıllı da güclü xalq etirazları olub.