ArxivXəbər lentiXəbərlər

Azərbaycanda yetəri qədər təhsil psixoloqları varmı?

Təhsil, məktəb psixoloqu bu gün dünyada və Azərbaycanda ən lazımlı peşələrdən biri hesab olunur.

 Çünki şəxsiyyətin gələcəkdə normal formalaşması, inkişafı və həyatda özünə mövqe tutması üçün hələ məktəb vaxtından düzgün psixoloji təlim tərbiyə alması əsas şərtdir.

 Bu gün Azərbaycanın bir sıra universitetlərində “Təhsildə sosial-psixoloji xidmət” fakültələri var.

 Bu fakültələr gələcəyin  təhsil psixoloqlarını hazırlayır.

 Bəs, görəsən, ölkədəki ali təhsil müəssisələri bu fakültəyə bu il neçə abituriyenti tələbə kimi qəbul edə biləcək?

 Modern.az-ın araşdırmasına görə, bu il “Təhsildə sosial-psixoloji xidmət” fakültəsi ölkənin 7 universitetində tələbə qəbulu aparacaq.

 Bu fakültəyə qəbul olub 4 ildən sonra təhsil psixoloqu kimi işləmək istəyənlər 1 il ərzində ən azı 1300 manat (Naxçıvan Müəllimlər Universiteti)  və ən çoxu isə 2100 manat (Bakı Qızlar Universiteti)  ödəməli olacaqlar.

 “Təhsildə sosial-psixoloji xidmət” fakültəsi üzrə bu il ən çox tələbə qəbul edən universitet 165 plan yeri ilə Naxçıvan Müəllimlər Universitetidir.

 Bu fakültəyə ən az qəbul isə 30 plan yeri olmaqla Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universitetlərində olacaq.

 Ümumilikdə isə bu il ölkə üzrə cəmi 450 abituriyent “Təhsildə sosial-psixoloji xidmət” fakültəsinə qəbul olaraq 4 ildən sonra təhsil psixoloqu ixtisasına yiyələnə biləcəklər.

 Yəni Azərbaycanda 4 ildən sonra daha 450 məzun təhsil psixoloqu ixtisasına yiyələnərək əmək bazarında və təhsil sektorunda mütəxəssis ola bilər.

 Bu rəqəm isə ümumilikdə Azərbaycandakı təhsil müəssisələrinin (orta məktəb, bağça, universitet və s) sayı ilə müqayisədə heç də ürəkaçan rəqəm deyil.

 Çünki bu fakültədən 4 ildən sonra məzun olacaq şəxslərin hamısının, 450-nin də öz sahələrində çalışıb çalışmayacaqları sual altındadır.

 Özəl Universitetlər içərisində isə təhsil psixoloqu ixtisası üzrə yeganə qəbul aparan Bakı Qızlar Universitetidir

 Bu il təhsil psixoloqu ixtisası üzrə tələbə qəbulu aparan universitetləri və oradakı illik təhsil haqlarını, plan yerlərini təqdim edirik:

 Bakı Dövlət Universiteti (BDU):

 Təhsildə sosial-psixoloji xidmət

Qəbul planı – 55 yer

İllik təhsil haqqı – 1600 manat

 Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)

 Təhsildə sosial-psixoloji xidmət

Qəbul planı – 100 yer

İllik təhsil haqı – 1320 manat

  Bakı Slavyan Universiteti ( BSU)

 Təhsildə sosial-psixoloji xidmət

Qəbul planı – 30 yer

İllik təhsil haqqı – 1500 manat

 Naxçıvan Müəllimlər Universiteti (NMU)

 Təhsildə sosial-psixoloji xidmət

Qəbul planı – 165 yer

İllik təhsil haqqı – 1300 manat

 Gəncə Dövlət Universiteti (GDU)

 Təhsildə sosial-psixoloji xidmət

Qəbul planı – 30 yer

İllik təhsil haqqı – 1600 manat

 Sumqayıt Dövlət Universiteti (SDU)

 Təhsildə sosial-psixoloji xidmət:

 Qəbul planı – 30 yer;

İllik təhsil haqqı – 1500 manat

 Bakı Qızlar Universiteti (BQU)

 Təhsildə sosial-psixoloji xidmət:

Qəbul planı – 40 yer

İllik təhsil haqqı – 2100 manat

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button