“Fars körfəzi – Qara dəniz dəhlizi barədə saziş”in imzalanması ilə bağlı danışıqlar davam edir.
Qafqaz.ir-in İran KİV-inə istinadən məlumatına görə, bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib.
“Sazişlə bağlı İran, Azərbaycan, Gürcüstan, Bolqarıstan və digər iştirakçılarla danışıqlar davam edir. Danışıqların altıncı raundunun yazda Sofiya şəhərində keçirilməsi planlaşdırılır. O tarixədək sazişin mətnin imzalanması üçün hazır olacaq”, – deyə o bildirib.
M.Səfərinin sözlərinə görə, tezliklə region ölkələrinin ətraf aləmlə ticarətinin asanlaşdırılması üçün müxtəlif marşrutları olan vacib nəqliyyat dəhlizi yaranacaq.