ArxivXəbər lentiXəbərlər

Azərbaycandan sonra Ermənistan XİN-ə də qadın mətbuat katibi gətirildi

Anna Naqdalyan Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yeni mətbuat katibi təyin olunub.

FaktXəbər-in məlumatına görə, bunu Ermənistan XİN-in sabiq mətbuat katibi Tiqran Balayan “Facebook” səhifəsində bəyan edib.

“Sevinc hissi ilə xəbər verirəm ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın əmri ilə Anna Naqdalyan Ermənistan XİN-in mətbuat katibi təyin edilib. Ona uğurlu iş yolu və yalnız yaxşı xəbərlər verməsini arzulayıram” , – deyə Balayan yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsinə də Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button