AktualAktualArxivXəbər lentiXəbərlər

Hər bir şəhərdə böyük izdihamla əzadarlıq keçirin!/Audio

Ayətullah Seyid Həsən Amili Azərbaycan Respublikası əzadarlarına xitabən buyurub: Tasua və Aşura günləri hər bir şəhərdə böyük izdihamla əzadarlıq keçirin

 Ərdəbilin imam cüməsi deyib: Kərbəla və İmam Hüseynin (ə) şüarları bəşər cəmiyyətinin birləşməsi üçün normativ və beynəlxalq miqyaslı şüarlardır.

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən Ayətullah Seyid Həsən Amili məhərrəm ayının istiqbalı münasibəti ilə 13-cü toplantıda Ərdəbildə məscidi-əzəmdə çıxış edərək deyib:

Cənab Amili İstanbulda və digər yerlərdə Aşura günü əzadarlıq üçün toplaşan şiələrə təşəkkür edib. Ərdəbilin imam-cüməsi Azərbaycan respublikası əzadarlarına xitabən deyib: Əgər İmam Hüseynə (ə) böyük xidmət göstərmək istəyirsinizsə Aşura günü hər bir şəhərdə böyük izdihamla əzadarlıq edin.

Cənab Amili yada salıb ki, dünyanın böyük gücləri Azərbaycan hökumətinə ölkədə vəhabiliyin gücləndirilməsi ilə bağlı göstəriş verib və onlara təzyiq göstərilməməsini tapşırıb. Cənab Amili deyib: Onların siz şiələrin şəxsiyyətini tanıması üçün Azərbaycan Respublikasında əzəmətli əzadarlıq keçirin. İzdihamlı əzadarlıq səbəb olar ki, ermənilər və vəhabilər Aşuranın mənasını anlayar, müsəlman Azərbaycan xalqının Aşura əhli olub, Aşura əhli qalacağını dərk edər.

Ərdəbilin imam-cüməsi Azərbaycan hökumətinə xitabən deyib: Azərbaycan dövləti əzadarlıq toplantılarından qorxmasın. Hüseyn (ə) əzadarlarını bu Respublikada vəhabilər və ermənilər qarşısında sıxıntıya salmaq olmaz. Əzadarlar İmam Hüseynə (ə) sevgilərini bacardıqları həddə əzəmətlə dünyaya göstərməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button