Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya, İran və Azərbaycanın XİN rəhbərləri Sergey Lavrov, Cavad Zərif və Elmar Məmmədyarovun üçtərəfli görüşünün keçirilməsi planını təsdiq edib.
Qafqaz.ir Report-a istinadən xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin deyib.
“Bəli, belə bir görüş planlaşdırılır, gəlin gözləyək”, — deyə o bildirib.
Karasin görüşün hansı tarixdə keçirilə biləcəyini açıqlamayıb.
Bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bakıya səfərinə hazırlıq işlərinin getdiyini xəbər vermişdi.