ArxivXəbər lentiXəbərlər
Azərbaycanın hərbi dənizçilərinin İrana səfəri başa çatıb

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti İran İslam Respublikasına dostluq səfərini başa çatdıraraq Vətənə qayıdıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İranın Ənzəli limanından hərbi orkestrin müşayiəti ilə yola salınan dənizçilərimiz oktyabrın 9-da axşam saatlarında Bakıya çatıblar.