İrandan İraqa ziyarət turları bərpa edilir.
Qafqaz.ir SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib.
İraqa səfərinin nəticələri barədə açıqlama verən İran rəsmisi bu ölkənin rəsmiləri ilə ziyarət turlarının bərpası barədə razılığın əldə edildiyini bildirib.
S. Xətibzadənin sözlərinə görə, bu ziyarət turları koronavirus pandemiyası ilə bağlı tələblərə əməl etmək şərtilə məhdud şəkildə həyata keçiriləcək.