ArxivIslamXəbər lentiXəbərlər

İrəvanda Azərbaycan məscidində Aşura mərasimi

Məhərrəm ayının 10-cu günü – Aşura mərasimləri tarixi Azərbaycan şəhəri İrəvanda hər il olduğu kimi, bu il də keçirilib.
qafqaz.ir Oxu.Az -a istinadən  xəbər verir ki, İmam Hüseyn əzadarlığı azərbaycanlılara məxsus olan, 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilən Göy məsciddə baş tutub.
Qeyd edək ki, farsların Məscid-i Kabud adlandırdıqları Göy məscid Azərbaycan memarlıq nümunələrindən biri olmaqla, İrəvandakı 8 məscid arasında ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi məscidi idi.
Məscid 1995-2006-cı illərdə İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Məsciddə əzadarlıq edənlərin də Ermənistandakı yaşayıb-işləyən İran vətəndaşları olduqları güman edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button