ArxivIslammədəniyyatŞəkilŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Azərbaycanın İrandakı səfiri Ayətullah Xameneinin Urmiya üzrə nümayəndəsilə görüşüb (FOTO)

21 Fevral 2022, 08:32 (GMT +4)
B.Samid. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Urmiyaya səfəri çərçivəsində Ayətullah Xameneinin əyalət üzrə nümayəndəsilə görüşüb.
Azərbaycan Respublikasının səfiri bu barədə rəsmi tvitter hesabında yazıb.
Səfir İranın Qərbi-Azərbaycan əyalətinə səfəri çərçivəsində Ayətullah Xameneinin əyalət üzrə nümayəndəsi Seyid Mehdi Qureyşi ilə görüşdüyünü bildirib.
Səfir həmçinin əlavə edib ki, o bu səfər çərçivəsində Qərbi-Azərbaycan əyalətinin ostandarı Məhəmməd-Sadiq Mötəmədiyanla, Urmiya şəhər bələdiyyəsinin sədri Hüseyn Mehdizadə və sair rəsmilərlə görüş keçirib.
Qeyd edək ki, səfir bundan öncə Təbrizdə işgüzar səfərdə olub.