8 Noyabr – Zəfər Günü Azərbaycanın İrandakı səfirliyində qeyd olunub.
Qafqaz.ir xəbər verir ki, bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib:
“Zəfər Azərbaycanımıza yaraşır. Biz də səfirliyimizin fəaliyyətini bərpa etdiyi yeni binada ilk tədbir olaraq Zəfər Gününü qeyd etdik. Zəfər Günümüz mübarək olsun!”