Azərbaycan Respublikasının Dövlət Neft Fondunun məlumatına görə, cari ilin birinci rübündə bu ölkənin Xəzər dənizindəki «Azəri, Çıraq və Günəşli» neft yataqlarının işlənməsindən əldə etdiyi gəlir, 953 milyon 498 min dollar olubdur ki, bu da öncəki ilin oxşar dövrü ilə müqayisədə qırx iki tam onda doqquz faiz azdır.
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun ötən milad ilinin ilk rübündə «Azəri, Çıraq və Günəşli» neft yataqlarının inkilşaf etdirilməsindən əldə etdiyi gəlir, bir milyard 671 milyon dollar olubdur.
Azərbaycan Respublikasının Xəzər dənizindəki bu üç neft yatağının işlənməsindən keçən il qazandığı ümumi gəlir, 3 milyard 522 min dollar elan edilibdir.
Azərbaycan Respublikası Xəzər dənizindəki «Azəri, Çıraq və Günəşli» neft yataqlarını BP şirkətinin podratçılığı və xarici neft şirkətlərinin konsorsiumu ilə həmkarlıqla işləyir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu həmçinin bu ölkənin cari ilin birinci rübündə Xəzər dənizində “Şahdəniz” qaz yatağının işlənməsindən əldə etdiyi gəliri 29 milyon 166 min dollar elan edibdir ki, bu da bir il ondan qabaqkı ilin oxşar dövrü ilə müqayisədə beş tam yüzdə on dörd dəfə azdır.
Ötən milad ilinin ilk rübündə Azərbaycan Respublikasının bu qaz yatağının işlənməsindən olan gəliri, 150 milyon dollar təşkil edibdir.
Ötən milad ilində Azərbaycan Respublikasının “Şahdəniz” qaz yatağının işlənməsindən əldə etdiyi ümumi gəlir, 293 milyon 900 min dollar olub.
İranın Milli Neft Şirkəti on faizlik bir payla “Şahdəniz” qaz yatağının işlənməsinin səhmdarlarından biridir.