ANS müxbirini qurban verir

Gülən ilə müsahibə ANS də kadr dəyişiliyinə səbəb ola bilər. ANS-in rəhbərliyi üzr istəməkdən əlavə, müxbirini də qurban verir. Xəbərlərə görə, ANS TV-nin ABŞ-a ezam olunmuş müxbiri Bakıya çağırılıb. Bu haqda ANS TV əməkdaşları məlumat verib.
Məlumata görə, telekanal rəhbərliyi Ataşovadan izahat alacaq və Ataşovanın nəyə görə türkiyəli jurnalistlərlə mətbuat konfransını tərk etmədiyi və Fətullah Gülənin evinə daxil olaraq müsahibə alması müzakirə olunacaq.
Eyni zamanda telekanalın ciddi dəyişikliyə gedəcəyi və Ataşovanın işdən azad olunacağı da deyilir.
Qeyd edək ki, ANS-in baş direktoru Mirşahin Ağayev bir neçə gün öncə ciddi səhvə görə üzr istəyərək və prezidentdən əfv xahiş edərək, daha ehtiyatlı olmağa söz verdi. Bunlara baxmayaraq ANS hələlik bir ay müddətinə bağlı qalacaq.