Xəbərlər

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda iranlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov Məhəmməd Cavad Zərifi Azərbaycana səfər dəvət edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Görüş sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tutub. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi və regional əməkdaşlıq məsələsi əsas müzakirə mövzusu olub. Bundan əlavə, görüşdə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın yaxın gələcəkdə Bakıda keçiriləcək növbəti iclasının gündəliyində duran məsələlər müzakirə edilib, həmçinin həmin iclasadək enerji, yük daşımaları və müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün iki ölkənin ekspertləri və işçi qrupları arasında məsləhətləşmələrin sürətləndirilməsi məqbul sayılıb.

Sonda E. Məmmədyarov M. Zərifi Azərbaycana səfərə dəvət edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button