Araz Quliyev, Anar Qasımlı və bir neçə məhbus yoxa çıxıb

Həbsxananın rəhbərliyi məhbus ölümündə məhbusları cəzalandırır öz işçilərini yox.
Cenubnews.com İnternet Qəzeti xəbərinə daxil olan məlumata görə, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən təsisçi-baş redaktor Araz Quliyev, hicab məhbusu Anar Qasımlı və bir neçə məhbus həbsxanada yoxdur.
Daxil olan məlumata görə, adı çəkilən məhbusların “Tubzon”a göndərildiyi deyilir.Bu cəzaçəkmə müəssisəsinə məhbuslar xüsusi olaraq aparılır və döydürülür.
Qeyd edək ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində 31 yaşlı məhkum Elşad Babayev həbsxananın 5 nadzoru – Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar tərəfindən işgəncə ilə öldürülmüşdü.Bundan sonra həbsxanada olan bütün məhkumlar baş verən haqsızlığa qarşı etiraz etmişdilər.
Məlumat olduqda yenilənəcək!