ArxivXəbər lentiXəbərlər
Azərbaycanla sərhəddə terrorçularla döyüşlər

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib, Ölkə.Az oxu.az-a istinadən xəbər verir.
«Gecə saatlarında Dağıstanın Qarabudağkənd rayonunda yaraqlılarla atışma baş verib. Regionda antiterror əməliyyatı rejimi elan olunub. Silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır», – operativ qərargahın nüamyəndəsi bildirib.
İlkin məlumata görə, güc strukturlarının əməkdaşları atışmada bir yaraqlını məhv ediblər.
«Novıy Paraul kəndində hüquq-müahifizə orqanlarının əməkdaşlarına müqavimət zamanı bir silahlı öldürülüb. Təfərrüatlar dəqiqləşdirilir», – TASS nəşri Şimali Qafqaz Federal Dairəsindəki mənbənin sözünü sitat gətirir.